"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar bu il "Qızıl top" mükafatının kimə təqdim edilməli olduğunu deyib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano 32 yaşlı forvardın sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Qızıl top"u Vinisius Juniorun qazanmasını istəyirəm. Heç kim bu mükafatı ondan daha çox haqq etmir. Vinisius döyüşçüdür. Həyatı boyu çox əziyyət çəkib, tənqidlərə sinə gərib və bizim üçün böyük kumirə, qəhrəmana çevrilib".
Xatırladaq ki, 68-ci "Qızıl top" mükafatı sahibinə oktyabrın 28-də Parisdə baş tutacaq mərasimdə təqdim ediləcək.
Nihat