Dünən Fransa millisi UEFA Millətlər Liqası matçında Belçikanı səfərdə (2:1) məğlub edib.
Fanat.Az "Dailysports"-a istinadən xəbər verir ki, oyunda "xoruzlar" üçün nadir hadisə yaşanıb.
Matçın 78-ci dəqiqəsində "Real Madrid"in yarımmüdafiəçisi Ourelyen Tçuameni qırmızı vərəqə alıb.
Beləliklə, o, 2006-cı ildən sonra qırmızı vərəqə alan ilk Fransa kapitanı olub. Sonuncu belə kapitan 2006-cı il dünya çempionatının finalında Marko Materatsinin sinəsinə başla vurduğuna görə qırmızı vərəqə alan əfsanəvi Zinəddin Zidan olub.
Qeyd edək ki, Kilian Mbappe Belçika və İsraillə oyunlarda heyətdə yer almadığından Tçuameni Fransa millisini kapitan kimi meydana çıxarıb.
Mirağa