“Barselona” klubunun rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xaviyə ona və məşqçilər heyətinə şəxsi istifadə üçün verdikləri "iPhone" və "iPad"-i qaytarmaları üçün müraciət edib.
Fanat.Az xəbər verur ki, bu barədə "Barca Universal" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Apple” avadanlığının klubun mülkiyyəti olduğunu xatırladan rəhbərlik Xavi və onun köməkçilərindən işdən çıxarkən apardıqları telefon və planşetləri geri istəyib.
Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrından 2024-cü ilin mayına kimi Kataloniya təmsilçisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında La Liqanın və İspaniya Superkubokunun qalibi olub.
Mirağa