"Barselona"nın qapıçısı Voytsex Şensnı hansı futbolçuya qarşı oynamaqdan qorxduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" polşalı qolkiperin dediklərini belə təqdim edib:
“Hansı hücumçu mənə daha çox problem yaradıb? Messi. Düzdür, mənə daha çox qol vuran hücumçular olub. Səhv etmirəmsə, Messi qoruduğum qapıya cəmi üç dəfə yol tapıb. Bunu bilirəm, çünki o, mənə cəmi üç şüşə pivə göndərib.
Messi öldürücü olduğu üçün ona qarşı oynamaqdan qorxurdum. Bu baxımdan o, qorxduğum yeganə forvarddır”.
Qeyd edək ki, 34 yaşlı Voytsex Şensnı oktyabrın əvvəlində "Barselona"ya keçərək müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Mirağa