"Mançester Siti"nin sabiq futbolçusu Benjamen Mendi "şəhərlilər"in formasını geyindiyi dönəmdə koronavirusla bağlı qadağalara və intizam qaydalarına əməl etməyən yeganə futbolçu olmadığını deyib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"Başda "Mançester Siti"nin əsas komandasının kapitanı olmaqla, bir neçə oyunçu mənim təşkil etdiyim əyləncə məclislərinə qatılırdı. Hamımız spirtli içki içir, az tanıdığımız qadınlarla vaxt keçirirdik. Koronavirus dövründə qadağalara hamımız məhəl qoymurduq. Özümə haqq qazandırmaq fikrində deyiləm, amma "Mançester Siti"nin yalnız məni cəzalandırması ədalətsizlik idi. Başqa oyunçularla fərqim bu oldu ki, məni zorlamada ittiham edərək alçaltdılar".
Nihat