"Mançester Yunayted" cinah hücumçusu Antoninin gələcəyi ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa nəhəngi 24 yaşlı braziliyalını qış transfer pəncərəsində buraxmağı planlaşdırır. Klub həm icarə, həm də tam transfer haqqında müzakirəyə hazırdır.
Artıq Antoni ilə iki Premyer Liqa klubu maraqlanır - "Nyukasl" və "Kristal Pelas". Braziliyalı oyunçu əvvəllər formasını geyindiyi “Ayaks”ın da "radar"ındadır.
"Mançester Yunayted" 2022-ci ildə Antoni üçün 95 milyon avro ödəyib. Bununla belə, braziliyalı "Old Trafford"da iki ildən artıqdır ki, ümidləri tam doğrultmur.
Mirağa