Fransa millisinin baş məşqçisi Didye Deşam "xoruzlar"ın hücumçusu Kilian Mbappenin İsveçin paytaxtı Sokholmda zorlamada ittiham edilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "L`Equipe" belə çatdırıb:
"Hazırda hər yerdə məlumatlar yayılır. Bunun fakt və ya uydurma olduğunu bilmirəm. Reallıq budur ki, çox neqativ durumdur. Nəsə bildiyimi deməyəcəm, çünki gerçəklikdən xəbərim yoxdur. İnsan bilmədiyi şey barədə danışmaq istəyəndə geriyə addım atmağı üstün tutmalıdır. Amma elə şeylər var ki, onları yoxlamaq çətin deyil. Mən də geriyə addım atıram, ancaq bu, milli üçün çox pis xəbərdir".
Xatırladaq ki, daha öncə futbolçunun ətrafı informasiyanın həqiqətdən uzaq olduğunu bildirib. Mbappe özü isə bu xəbərin yayılmasında sabiq klubu PSJ-nin əli olduğunu iddia edib.
Nihat