Qış "transfer pəncərəsi" üçün əsas hədəfi "çərçivə" ilə bağlı olan London "Arsenal"ı namizədini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Caught Offside" yayıb.
Mənbənin məlumatına görə, "topçular" "Espanyol"un 23 yaşlı qapıçısı Xuan Qarsiya ilə ciddi maraqlanır. Yanvarda ispaniyalı qolkiperin qiyməti 25 milyon avrodan 20 milyon avroya endiriləcək ki, bu da London nəhəngini yeni ilin əvvəlində onun transferinin mümkünlüyü barədə düşünməyə vadar edə bilər.
"Arsenal" "Espanyol"un üzvünü ehtiyat qapıçı kimi heyətinə cəlb etmək istəyir. "Topçular" yay "transfer pəncərəsi"nin sonunda "Bornmut"dan Netonu icarəyə götürsələr də, baş məşqçi Mikel Arteta həmyerlisini sərəncamında görmək istəyir.
İngiltərə nəhəngi bu mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq "Napoli"nin qapıçısı Aleks Meret variantını da götür-qoy edir.
Xuan Qarsiya İspaniya La Liqasının ən yaxşı gənc qapıçılarından biridir. O, bu mövsüm çempionatda "Espanyol"un heyətində 9 oyun keçirib, bir matçda qapısını təmiz saxlayıb.
Mirağa