Fransalı yarımmüdafiəçi Maksim Qonalon karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Eurofoot" yayıb.
"Olimpik Lion"un yetirməsi olan 35 yaşlı fransalının son klubu bu iyulda tərk etdiyi "Klermon" olub.
O, 2009-2017-ci illərdə “toxucular”ın əsas komandasında çıxış edib. Daha sonra o, "Roma", "Sevilya" və "Qranada"da da çıxış edib.
Qonalon Fransa millisində 8 matç keçirib.