Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" Erik ten Haqın mümkün əvəzləyiciləri sırasına italiyalı mütəxəssisi də daxil edib.
Məlumatı jurnalist Selim Manav yayıb.
“Qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi yaxın gələcəkdə işini itirmək riski ilə üzləşib. Niderlandlı mütəxəssis Premyer Liqanın növbəti oyununda “Brentford”la qarşılaşmada uğursuzluğa düçar olarsa, qovula bilər.
50 yaşlı Vinçenso Montella 2023-cü ilin sentyabrından Türkiyə millisinə başçılıq edir. Onun türkiyəlilərlə müqaviləsinin müddəti 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədərdir.
Montella əvvəllər "Adana Dəmirspor", "Fiorentina", "Sevilya", "Milan" və "Sampdoriya"da çalışıb.
Mirağa