Boliviya üzərində qələbəyə (6:0) 3 qol, 2 asistlə töhfə verən argentinalı ulduz futbolçu Lionel Messi əla əhval-ruhiyyədədir.
Fanat.Az xəbər verir ki, Argentinanın kapitanı məhz bu emosiyalarla 2026-cı ilin yayında Şimali Amerikada keçiriləcək növbəti dünya çempionatında oynamaq niyyətində olduğunu açıqlayıb.
"Derbyderbyderby.it" Messinin dediklərini belə təqdim edib:
"Bilirəm ki, insanlar məni sevir və adımı səsləndirərək oxuyurlar. Mən bunu bir nemət kimi qəbul edirəm. Növbəti dünya çempionatında oynayacağam. Bu mənim son dünya çempionatım olacaq. Mən mütləq orada olacağam".
Xatırladaq ki, Argentina millisi 202-ci ildə dünya çempionatının qalibi olmaqla, son çempiondur.
Mirağa