Almaniya millisinin və "Real Madrid"in sabiq yarımmüdafiəçisi Toni Kroos bu il "Qızıl top" mükafatını qazanmağı haqq edən 3 futbolçunun adını deyib.
Fanat.Az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:
"Vinisius Junior, Cud Bellingem və Daniel Karvaxal. Bu üç futbolçu məsələni öz aralarında həll etməlidirlər. Mən bu mükafatı özümə verərdim. Əsas odur ki, bu mükafatı "Real"ı alsın, çünki biz Avropanın ən uğurlu komandası olmuşuq".
Xatırladaq ki, "Qızıl top" sahibinə oktyabrın 28-də Parisdə təşskil ediləcək mərasimdə təqdim olunacaq.
Nihat