Almaniyanın ikinci Bundesliqasında çıxış edən “Şalke” klubu 168 milyon avro borca görə vəsait toplamaq üçün “Veltins Arena”nın səhmlərini azarkeşlərə satmağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Təşəbbüs azarkeşlərə kluba sərmayə qoymağa və stadiondan pay almağa imkan verəcək, lakin onlar rəhbərlikdə söz sahibi olmayacaqlar. Klub ən azı 10 milyon avro qazanmağa ümid edir. Payın dəqiq ölçüsü investisiyanın həcmindən asılı olacaq. Klubun idarə heyətinin sədri Matias Tillmann qeyd edib ki, real yardım üçün ikirəqəmli məbləğ toplamaq vacibdir: “Əgər biz cəmi iki milyon avro yığsaq, bu kömək etməyəcək”.
Səhmlərin qiymətləri klub üzvlərinin noyabrın 16-da keçiriləcək iclasında açıqlanacaq.
Mirağa