Tanınmış türkiyəli mütəxəssis Hikmet Karaman məşqçilik karyerasını Moldovada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 64 yaşlı məşqçi "Zimbru" ilə anlaşıb.
Məlumatı klubun rəsmi saytı yayıb.
"Zimbru" hazırda Moldova Superliqasında 9 turdan sonra 13 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, son iş yeri "Adana Demirspor" olan Karaman karyerası ərzində yalnız Türkiyədə çalışıb. O, ölkəsində "Ankaragücü", "Kayserispor", Manisaspor", "Ərzurumspor", "Antalyaspor", "Malatyaspor", "Qaziantepspor", "Bursaspor" və "Kocaelispor" klublarının baş məşqçisi olub.