"Barselona" fırıldaqçının toruna düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Cadena Cer" yayıb.
Xəbərə görə, Kataloniya klubu özünü komandanın polşalı hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi kimi təqdim edən fırıldaqçının hesabına 1 milyon avro köçürüb.
Amma əməliyyatı həyata keçirən bank tranzaksiyanı bloklayıb və vəsaiti geri qaytarıb.