2021-ci ildə "Real Madrid"dən ayrılandan sonra işsiz olan Zinəddin Zidan İngiltərə nəhəngini çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Independent" yayıb.
Xəbərə görə, "Mançester Yunayted"in sahibi Cim Retklif Zidanin fanatıdır və Əlcəzair əsilli fransalı ilə müntəzəm əlaqə saxlayır. Mənbə Retklifin onu "qırmızı şeytanlar"ın "sükanı arxası"na gətirmək üçün bacardığını edəcəyini vurğulayıb.
Xatırladaq Zidan 2016-2018 və 2019-2021-ci illər aralığında "Real"ın baş məşqçisi olub.
Nihat