"Arsenal"ın keçmiş yarımmüdafiəçisi Cek Uilşir "Norviç"in baş məşqçisi təyin olunmaq üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xəbərə görə, tərəflər arasında danışıqlar artıq son mərhələdədir. London klubu 2022-ci ilin iyulundan "Arsenal"ın gənclər komandasında çalışan 32 yaşlı mütəxəssisi buraxmağa hazırdır.
Cek Uilşir “Arsenal”ın yetirməsidir. O, "topçular"ın heyətində 197 oyuna çıxıb, iki İngiltərə Kuboku və bir İngiltərə Super Kubokunu qazanıb. Yarımmüdafiəçi həmçinin 2022-ci ilin yayında futbolçu karyerasını bitirdiyi "Vest Hem", "Bornmut" və Danimarkanın "Orhus" klublarında da oynayıb.
Uilşir İngiltərə millisində 34 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.
Norviç hazırda 9 turdan sonra 15 xalla Çempionşipdə yeddinci yerdədir və Premyer Liqaya yüksəlmək üçün pley-off zonasından bir xal aralıdır.
Mirağa