Türkiyə I Liqasında IX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, tur Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü”nün oyunu ilə start götürüb.
Sözügedən komanda səfərdə “Yeni Malatyaspor”la qarşılaşıb. Matç “Ankaragücü”nün böyük hesablı qələbəsiylə başa çatıb – 3:0.
Görüşün iştirakçısı olan Dadaşov 82-ci dəqiqədə meydana daxil olub.
“Ankaragücü” 9 turdan sonra 13 xalla 8-ci sıradadır.