Qazaxıstan vətəndaşı olmayan idmançılar üçün dövlət büdcəsindən bir təngə belə ayrılmayacaq.
Fanat.Az "Sports24"-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nartay Sərsənqaliyev məlumat çatdırıb.
Xarici idmançıların dövlət sektorundan maliyyələşdirilməsi tamamilə dayandırılıb.
"Deputatlar yekdilliklə bu məqamı dəstəklədilər. Biz qərara səs verdik. Bu bəndi qəbul edib hökumətin iclasına göndərdik. Hökumət də bu normalarla razılaşır. Axı dövlət başçısı da bu problemi qeyd etdi. Peşəkar klublar əcnəbi idmançılara dəstək vermək istəyirsə, biz bunun əleyhinə deyilik, amma bunu dövlət büdcəsi və dövlət təşkilatları hesabına etmək olmaz.
İndi qanuna görə, başqa ölkədən gələn idmançıların maaşları, mükafatları, hətta transfer ödənişləri də xəzinədən maliyyələşdirilməməlidir".