Yuventus"un texniki direktoru Kristiano Cuntoli dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası CAS tərəfindən 1,5 ilə endirilən Pol Poqbanın komandanı tərk edəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun sozlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Poqba əla oyunçu olub, amma indi bizim başqa planlarımız var. Müxtəlif oyunçulara investisiya qoymuşuq və heyətimiz komplektləşib".
Qeyd edək ki, Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan Poqba gələn ilin martından rəsmi matçlara çıxa biləcək. Onun "Yuventus"dan azad agent qismində ayrılacağı bildirilir.
Nihat