London “Arsenal”ı Portuqaliyanın “Sportinq” klubunda çıxış edən isveçli hücumçu Viktor Dyekereşi transfer etməyə can atır
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular” mərkəz hücumçusu ilə müqavilə imzalamaq istəyir. 26 yaşlı futbolçunu hücumçu mövqeyini gücləndirmək üçün ideal namizəd hesab edir. "Arsenal" yaxında Lissabon klubu ilə danışıqlar masasına əyləşməyi planlaşdırır.
Viktor Dyekereş 2024/25 mövsümündə klub səviyyəsində 12 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Mirağa