Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda səfərdə "Leyptsiq"i 1:0 hesabı ilə məğlub edən "Liverpul"un baş məşqçisi Arne Slot qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Oyuna yaxşı başlamasaq da, sonradan gördüklərim xoşuma gəldi. Biz meydanın mərkəzində rəqibdən güclü idik. Onların pressinqinin öhdəsindən lazımınca gəlirdik. Qol vəziyyətləri yaratdıq və sair. Nəticədə qol vurduq. Təəssüf ki, bir dəfə fərqləndik, çünki oyunun sonlarında problemlərimiz oldu. Hərçənd 70-ci dəqiqədə məsələyə nöqtə qoymalıydıq. Qısası, bu səviyyə üçün hər şey normal alındı".
Nihat