Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda evdə "Bayern Münhen"i 4:1 hesabı ilə məğlub edən "Barselona"nın hücumçusu Robert levandovski oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, sabiq komandasının qapısına vurulan qollardan birinin müəllifi olan polşalı futbolçunun sözlərini "Barca Universal" belə çatdırıb:
"Gizlətməyəcəm, bu, xüsusi qələbə idi. Bu matça iki il öncəkindən bir qədər fərqli yanaşırdım, çünki indi "Barselona"da daha çox vaxt keçirmişəm. Əmin idim ki, yaxşı oynayıb qələbə qazanacağıq. Açığı, oyundan öncə 3:1 hesablı qələbə proqnozlaşdırmışdım.
Fiziki baxımdan özümdə hər hansı dəyişiklik hiss etmirəm. Bu, ən önəmli məqamdır. Gənc oyunçuların çıxışını izlədikcə enerji alıram. Özümü yaxşı hiss edirəm. Neçə qol vurmağımın önəmi o qədər də deyil. Əsas odur ki, vurduğum qolların komandaya faydası olsun".
Nihat