"Fənərbağça"nın radikal fanatları İstanbulda "Mançester Yunayted"in azarkeşlərinə hücum ediblər.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" nəşri yayıb.
Xəbərə görə, Türkiyə klubunun azarkeşləri rəqib tərəfdarlara 50 nəfərlə hücum çəkiblər. MY azarkeşlərindən birinin dəmir alətlə vurulduğu da diqqətə çatdırılıb.
Qeyd edək ki, "Fənərbağça" bu gün Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Mançester Yunayted"i qəbul edəcək.