İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Kristal Pelas"a uduzaraq (1:2) mübarizəni dayandıran "Aston Villa"nın baş məşqçisi Unai Emeri yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Qələbə qazanmaq istəyirdik. Oyunun əvvəli istədiyimiz kimi alınmadı ("Kristal Pelas" 8-ci dəqiqədə hesabı açıb - red.), amma rəqibin vurduğu qola bir neçə təhlükəli həmlə ilə reaksiya verdik. Az keçməmiş hesabı bərabərləşdirsək də, bu, kifayət etmədi.
İkinci yarıya pis başlamadıq. Qələbə qolunu vurmağa yaxın olsaq da, istəyimizə çatmadıq. Rəqib növbəti dəfə qapımıza yol tapandan sonra vəziyyət bizim üçün mürəkkəbləşdi".
Nihat