"Milan"ın ulduzu Rafael Leau karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı vingerin "Barselona"ya transfer olunmaq variantı yaranıb.
İddia olunub ki, 25 yaşlı futbolçu ilə baş məşqçi Paulo Fonseka arasında problemlər yaranıb. Buna görə də portuqaliyalı klubdakı vəziyyətdən yorulub.
Kataloniyalılar isə futbolçunun "Milan"dakı vəziyyətini izləyirlər. Onlar durumdan yararlanıb Leaunun münasib qiymətə satıla bilməsinin mümkünlüyünü götür-qoy edirlər.
Qeyd edək ki, futbolçunun xidməti bu yayda "Barselona"ya təklif edilmişdi, lakin klub onun 175 milyon avroluq sərbəst qalma tələbini ödəyə bilməyib.
Rafael Leau bu mövsüm A Seriyasında keçirdiyi 8 oyunda 1 qol vurub.
Mirağa