"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair millisinə dəvət olunub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Vladimir Petkoviç 30 yaşlı futbolçunun adını 26 oyunçudan ibarət siyahısına daxil edib.
Benzya Əlcəzair millisinə Afrika Millətlər Kuboku çərçivəsində Ekvatorial Qvineya (14 noyabr) və Liberiya (17 noyabr) ilə görüşlər üçün çağırılıb.