"İpsviç"in hücumçusu Liam Delap karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.
Xəbərə görə, Delapın xidmətində "Yuventus" maraqlıdır. Turin təmsilçisinin 21 yaşlı forvardın transferi ilə bağlı danışıqlara başlamağı planlaşdırdığı bildirilib. Mənbə Liamın "Çelsi" və "Mançester Yunayted"in də diqqət mərkəzində olduğunu xatırladıb.
Qeyd edək ki, cari mövsüm Delap bütün turnirlərdə 14 oyuna çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat