A Seriyasının 14-cü turu çərçivəsində bu gecə keçrilməli olan "Fiorentina" - "İnter" qarşılaşması yarımçıq dayandırılıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, matçın 16-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Edoardo Bove huşunu itirərək yerə yıxılıb.
Həkimlər ürəyində problem yaranan oyunçuya ilkin yardım göstərəndən sonra o, dərhal xəstəxanaya çatdırılıb. Sonradan futbolçunun özünə gəldiyi bəlli olsa da, matç ertələnib.
Ardından "Fiorentina" bəyanat yayaraq mərkəzi sinir sistemi və ürək-damar sistemində ciddi zədələnmələr aşkarlanan Bovenin reanimasiyada olduğunu bildirib.
Nihat