Ukrayna millisinin və "Bornmut"un müdafiəçisi İlya Zabarnı klubunu dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "El Gol Digital" yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçunu Madrid "Real"ı ala bilər. "Kral klubu"nun prezidenti Florentino Peres Zabarnı ilə müqavilə imzalamaqda maraqlıdır. "Bornmut" da öz növbəsində aparıcı müdafiəçisini 60 milyon avro qarşılığında satmağa hazırdır.
Xatırladaq ki, "Real"ın iki mərkəz müdafiəçisi - Eder Militao və David Alaba sıradan çıxıb .
Zabarnı bu mövsüm 13 oyun keçirib.
"Transfermarkt" onun dəyərini 32 milyon avro qiymətləndirirlər.
Mirağa