Yaponiya millisinin və "Qalatasaray"ın 45 yaşlı sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, butslarını mıxdan asmaq qərarına gəldiyini sosial şəbəkədə İnamoto özü açıqlayıb.
2006/2007 mövsümündə "Qalatasaray"da çıxış edən Dzyuniti Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu olub. O, "aslanlar"ın heyətində 34 matça çıxaraq 1 qol vurub.
Qeyd edək ki, İnamotonun son olaraq ölkəsinin "Nankatsu" klubunun uğurları üçün çalışıb.