"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu yaxın vaxtlarda yeni hücumçu transfer etmək istədiklərini deyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Şübhəsiz, qarşıdakı iki transfer pəncərəsi dönəmində hücum xəttini gücləndirməliyik. Dəqiq belədir. Hücumçu transferi planlaşdırmalıyıq".
Xatırladaq ki, 13 oyuna 20 xal toplayan "Tottenhem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Nihat