"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın böhran dövründən danışaraq uğursuz çıxış etmələrinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, “City Report” ispaniyalı mütəxəssisin bu barədə dediklərini belə təqdim edib:
“Bizi həmişə əməl etdiyimiz üslub xilas edəcək. İndi istədiyimiz kimi oynamırıq. Bu illər ərzində gücümüz topa sahib olmaqdı - səbrlə oynadıyırdıq və rəqiblərimizi çox qaçmağa məcbur edirdik. İndi çox tez hücum edirik, lazımi tempi saxlamırıq, topu əldən veririk və tez-tez əks-hücumlara imkan yaradırıq – belə oyunda istənilən komanda bizdən üstündür. Hər şeyi yenidən sadələşdirməliyik - o zaman inamımız qayıdacaq, biz yenə min, milyon ötürmə edə biləcəyik və bu, bizə özümüz olmaqda kömək edəcək”.
Qeyd edək ki, "Barselona" keçirdiyi son 9 oyundan yalnız birində qələbə qazanıb, altısında uduzub. "Şəhərlilər" bu gün Çempionlar Liqasında "Yuventus"la qarşılaşacaqlar.
Mirağa