"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer yenidən "Mölde" klubunun çalışdırıcısı olmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı Norveç mətbuatı yayıb.
VG-nin məlumatına görə, klubun rəhbərliyi Sulşerlə əlaqə saxlasa da, o, razılaşmayıb.
Xatırladaq ki, 51 yaşlı mütəxəssis sözügedən komandanın sükanı arxasında iki dəfə olub - 2011-2013 və 2015-2018-ci illərdə.
Sulşer 2021-ci ilin noyabrından işsizdir. 51 yaşlı mütəxəssis son olaraq "Mançester Yunayted"i çalışdırıb.
"Mölde" son Norveç çempionatını turnir cədvəlində 5-ci yerdə başa vurub. Komanda sonuncu dəfə 2022-ci ildə çempion olub.
Mirağa