Türkiyənin "Trabzonspor" klubunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Superliqa təmsilçisi Mislav Orşiçlə yollarını ayırıb. Xorvatiya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun "Trabzonspor"la müqaviləsinin müddəti yayda bitəcəkdi.
Ötən ilin yayında Qaradəniz təmsilçisinə qoşulan xorvatiyalı futbolçu zədə üzündən komandada möhkəmlənə bilməyib. Ötən ilin yayında "Sauthempton"dan 2,4 milyon avroya transfer edilən 31 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.