İspaniyanın "Selta" klubu 37 yaşlı hücumçusu Yaqo Aspasla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Viqo təmsilçisinin mətbuat xidməti yayıb.
Təcrübəli forvardın müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkdiyi bildirilib.
Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Aspas 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
18 oyuna 24 xal toplayan "Selta" hazırda La Liqanın turnir cədvəlində 11-ci yerdə qərarlaşıb. Komanda çempionatdakı növbəti matçını yanvarın 10-da Rayo Valyekanoya qarşı keçirəcək.
Nihat