"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer "zadəganlar"ın 2001-ci ildən bəri Cimmi Floyd Hasselbaynka məxsus olan rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərə Premyer Liqasının XVIII turu çərçivəsində bu gün "Fulhem"ə qarşı keçirdikləri matçda bir mövsümdə 26-cı qolunu vurub.
Beləliklə o, Hasselbaynkın 23 il əvvəl qeydə alınan 25 qolluq rekordunu qırıb.
Qeyd edək ki, "Çelsi" - "Fulhem" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nihat