Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"ı çalışdıracaq.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti sosial şəbəkə hesabı üzərindən yayıb.
Türkiyəli mütəxəssisin baş məşqçi postuna gətirildiyini açıqlayan klubun "X" hesabında video paylaşılıb və "salam, İmperator" yazılıb.
• مع "الإمبراطور" .. يستمر الزئير 🦁🤍
— نادي الشباب السعودي (@AlShababSaudiFC) December 27, 2024
Merhaba, İmparator! 🤝 pic.twitter.com/MId83Q7sgl
Qeyd edək ki, Fatih Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"dakı uğurları ilə tanınır.