PSV yarımmüdafiəçi Quus Tilin transferinə görə Moskva "Spartak"ına olan borcunu ödəyib.
Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı-ağ"ların mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov "Matç TV"-yə məlumat çatdırıb.
“Klubumuz Quus Tilin transferi üçün Niderland təmsilçisi PSV ilə müqavilə üzrə borcun ödənilməsinə nail olub. Bundan əvvəl FİFA-nın Oyunçuların Statusu Palatası müvafiq iddianı tam təmin etmişdi. Pul “Spartak”ın hesabına köçürülüb”.
"Spartak" Tili 2019-cu ilin avqustunda "Alkmaar"dan 18 milyon avroya alınıb, iki il əvvəl isə 3 milyon avroya PSV-yə satılıb. Onun Rusiya nəhəngi ilə müqaviləsinin müddəti 4 illik idi. Moskvalıların tarixində ən bahalı transfer olan alman futbolçu 2020-ci ildə "Frayburq"a, daha sonra isə "Feyenoord"a icarəyə verilib. O, 2022-ci ilin yayında PSV-yə keçsə də, niderlandlılar 3 milyonluq ödənişi yubadırdı.
Mirağa