"Brayton"un və Niderland millisinin qapıçısı Bart Verbruggen İngiltərə nəhənginə keçmək üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sunday Mirror" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar"ın əsas qolkiperi Andre Onananın buraxdığı səhvlər klubu bu mövqeyə yeni futbolçu transfer etməsini şərtləndirən əsas səbəbdir. Mənbə bu transferin Mançester təmsilçisinə azı 30 milyon funt-sterlinqə başa gələ biləcəyini vurğulayıb.
Qeyd edək ki, Verbruggen cari mövsüm "Brayton"un heyətində bütün turnirlərdə 17 oyun keçirib.
Nihat