Argentina nəhəngi “Boka Xuniors” xoşagəlməz halla üzləşib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, komandanın üç futbolçusu sifilis xəstəliyinə yoluxub.
Hazırda onların müalicəsi davam etdirilir.
“Boka Xuniors”da bir neçə həftə əvvəl bütün komanda, o cümlədən məşqçilər heyəti müntəzəm müayinədən keçib. Nəticədə üç oyunçuda sifilis aşkarlanıb.
Klub hər şeyi gizli saxlamağa çalışsa da, informasiya mətbuata sızıb.