"Mançester Siti"nin zədəli ulduzu Rodri son vəziyyətinin nə yerdə olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, ötən ilin sentyabrında ön xaçvari diz bağları qopduğu üçün uzun müddət kənarda qalan ispaniyalı yarımmüdafiəçinin sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Özümü çox yaxşı hiss edirəm. Dizimdə narahatlıq yoxdur. Güc yığmalıyam. Ən əsası budur. Sənin düşündüyün başqadır, bədənin bərpa üçün etdiyi başqa... Nikbinliyi qorumalıyam. Ailəmlə vaxt keçirir, bədənimin üzərində işləyirəm. Daha güclü qayıtmaq istəyirəm".
Xatırladaq ki, Rodri "Qızıl top" mükafatının son qalibidir.
Nihat