"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal yubiley matçını keçirib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
La Liqanın XXIV turunda "Rayo Valyekano" ilə görüş gənc futbolçu üçün 100-cü oyun olub. Ulduz oyunçu 83 qarşılaşmalada Kataloniya klubunun, 17 dueldə isə İspaniya yığmasının heyətində mübarizə aparıb.
Yamal "Barselona"nın əsas komandasında18 qol, 18 məhsuldar ötürmə, yığmada isə 3 qol və 8 assistlə yadda qalıb.