Super Liqa təmsilçisi "Trabzonspor" futbolçusu Stefano Densvillə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə klubunun mətbuat xidməti yayıb.
Niderlandlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Densvill 2022-ci ildən "Trabzonspor"da çıxış edirdi.