"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem "Kral klubu"nun topla ən yaxşı rəftar edən futbolçusunun kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Madrd Xtra" belə çatdırıb:
"Rodriqo komandanın ən qeyri-adi istedada malik oyunçusudur. Onun topla nələr etdiyi göz önündədir... Rodriqo öz bacarıqlarını nümayiş etdirməyə başlayanda məəttəl qalıram, bunu necə bacardığını anlaya bilmirəm. Onun yerində olsaydım, topuğum burxulardı".
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti"ni hər iki oyunda məğlub edərək mübarizədən kənarlaşdıran (3:2, 3:1) "Real Madrid" adını 1/8 finala yazdırıb.
Nihat