Çempionlar Liqasının pley-off mərhələsində "Brügge"yə qarşı keçirdikləri oyunda (1:0) penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün "Atalanta"nın baş məşqçi Can Pyero Qasperini tərəfindən tənqid olunan Ademola Lukman A Seriyasının 26-cı turunda dublla yadda qalıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "Empoli"ni 5:0 hesabı ilə darmadağın etdikləri qarşılaşmanın 76-cı dəqiqəsində əvəzlənən nigeriyalı forvard Qasperininin əlini sıxmayıb.
Sözügedən oyunçu matçın ardından jurnalistlərin bu yöndə ünvanladığı suala cavab vermək istəməyib.
Cari mövsüm Berqamo təmsilçisinin forması ilə bütün turnirlərdə 29 matça çıxan 27 yaşlı Lukman 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat