"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç İspaniya çempionatına qayıda bilər.
Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, Xorvatiya millisinin 30 yaşlı üzvünün xidmətində "Atletiko Madrid" maraqlıdır.
Kovaçiçin "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən oyunçu daha öncə digər Madrid nəhəngi "Real"ın formasını geyinib. O, 2023-cü ildən "Mançester Siti"də çıxış edir. Cari mövsüm İngiltərə Premyer Liqasında 22 matça çıxan Mateo 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.