"Betis"in hücumçusu Antoninin La Liqanın XXV turunda "Xetafe" ilə matçda aldığı qırmızı vərəqə ləğv edilib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu sözügedən qarşılaşmada kobud oyuna görə meydandan qovulmuşdu.
Qırmızı vərəqəyə səbəbindən diskvalifikasiya edilən cənubi amerikalı növbəti turda "Real Madrid"lə dueli kənardan izləməli idi. Lakin araşdırmadan sonra vərəqənin ləğv olunmasına qərar verilib.
Qeyd edək ki, "Betis" 25 yaşlı vingeri ötən ay "Mançester Yunayted"dən icarəyə götürüb. Antoni Sevilya təmsilçisinin forması ilə 6 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.