"Zenit"in yarımmüdafiəçisi Du Keyros karyerasını Braziliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı Rusiya klubunun mətbuat xidməti yayıb.
Orta xətt oyunçusu bu ilin yayınadək icarə əsasında "Sport Resifi"nin formasını geyinəcək.
Qeyd edək ki, Du Keyros 2023-cü ilin yanvarından "Zenit"in futbolçusudur. O, ötən il digər Braziliya təmsilçisi "Qremio"da icarədə olub.
Nihat