"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah fanatlara səslənərək cari mövsümün sonunda komandadan ayrılacağına eyham edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:
"İstəyirəm ki, fanatlar məni xatırlasınlar. Onlara hər şeyimi vermişəm. Futboldan zövq almışam, tənbəllik etməmişəm. Elə məna da bundadır. Azarkeşlərin sevgisini hiss etmək başqa duyğudur. Onların məni unutmamasını istəyirəm. Mən burada 8 il oynamışam və bütün bacarığımı meydanda qoymuşam".
Xatırladaq ki, 32 yaşlı Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır. Cari mövsüm "qırmızılar"ın forması ilə 38 matça çıxan misirli ulduz 30 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat